• Bakı 15° C

    12.28 m/s

  • USD - 1.7

    EUR - 1.9733

    RUB - 2.0876

"Qarabağ" "Şamaxı" ilə oyunda xal itirdi

İDMAN

26 Oktyabr 2025 | 21:12

Qarabağ Şamaxı ilə oyunda xal itirdi

Futbol üzrə Misli Premyer Liqasında IX tura yekun vurulub.

Bakıvaxtı.az xəbər verir ki, turun son oyununda "Qarabağ" öz meydanında "Şamaxı"nı qəbul edib. "Azərsun Arena"da keçirilən görüşdə hesab açılmayıb.

Bu nəticədən sonra Ağdam klubu 17 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Komanda rəqiblərindən bir oyun az keçirib. Şamaxının eyniadlı təmsilçisi isə 10 xalla doqquzuncudur.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Turan Tovuz" "Karvan-Yevlax"a 2:1, "İmişli" "Kəpəz"ə 3:0, "Zirə" "Sumqayıt"a 1:0, "Neftçi" "Qəbələ"yə 2:0 hesabı ilə qalib gəlib, "Araz-Naxçıvan" matçı isə heç-heçə ilə yekunlaşıb.


SON XƏBƏRLƏR

26 Oktyabr 2025
25 Oktyabr 2025