• Bakı 25° C

    5.99 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Türkan Pərvizi Üzeyirə DƏYİŞDİ?

MƏDƏNİYYƏT

31 Yanvar 2024 | 12:07

Türkan Pərvizi Üzeyirə DƏYİŞDİ?

Müğənni Türkan Vəlizadə həmkarı Üzeyir Mehdizadə ilə işbirliyinə başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, o bu barədə sosial media hesabında paylaşım edib.

Müğənni Üzeyir və məşhur bəstəkar Ruslan Səfəroğlu ilə olan fotosuna bu sözləri yazıb: “Tezliklə yeni layihəmizi sizə təqdim edəcəyik. Sürprizləri gözləyin”.

Onun bu fotosu isə izləyicilər tərəfindən maraqla qarşılanıb. Bəziləri Vəlizadənin Mehdizadəylə duet oxuyacağını iddia etsə də, bir çoxları onun bu işbirliyinin uğursuz olacağını deyib.

Qeyd edək ki, Türkan Vəlizadənin məşhurlaşmasında meyxanaçı Pərviz Bülbülə ilə oxuduğu duetlər böyük rol oynayıb.

Ziyafət Əlisoy


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR