“Deməzdim ki, “Tikim sizin ağzınızı” adlı şeirimi təsadüfən yazmışam. Sadəcə, məni bu şeiri yazmağa məcbur etdilər, mən də dedim, sonra da yazdım”.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan “Qapqara” verilişində deyib.
Seyidcahan “məşhur” “Tikim sizin ağzınızı” şeirinin ərsəyə gəlməsindən də söz salıb:
“Qarşımda danışan bəzi adamları “gic” adlandırıram. Özümü isə “bic” adlandırıram ki, giclər nə qədər danışacaq, biclər yazacaqlar. Tədbirlərin birində jurnalistlər mənə yaxınlaşıb söylədilər ki, “bu şeirinizə görə sizi sosial şəbəkədə tənqid edirlər”. Mən də cavab verdim ki, “Tikim sizin ağzınızı qırxayaq kimi, dartım, sıxım sizin sapınızı barama kimi”. Beləcə bu şeir alındı”.
Ziyafət Əlisoy
















