• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Qalmaqala Afət də qarışdı: “Türkan qədər sevilmir”

MƏDƏNİYYƏT-ŞOU

01 Mart 2024 | 11:55

Qalmaqala Afət də qarışdı: “Türkan qədər sevilmir”

Xəbər verdiyimiz kimi, Əməkdar artist Nigar Şabanova və müğənni Türkan Vəlizadə arasında soyuq küləklər əsir.

Bakıvaxtı.az xəbər verir ki, sənətçilər arasındakı qalmaqala müğənni Afət Fərmanqızı da qarışıb.

Belə ki, “show_clab” “Instagram” səhifəsində mövzu ilə bağlı paylaşılan xəbərə şərh bildirən Afət məsələdə Nigarı günahkar bilib. O, Əməkdar artistin Türkandan daha az sevildiyini iddia edib: “Birinci gündəmə gəlmək üçün Nigar Türkana söz atdı. Paxıllıqdır, vallah. Türkan qədər sevilmir deyə, paxıllıq edir”.

Fərmanqızı Nigarla yaşadığı qalmaqaldan da söz salıb:

“İkisi də yaxşı qızdır, amma haqq mən deyən kimidir. O Nigar o vaxtı mənə də söz atmışdı ki, “bəziləri özünə gül və maşın gətizdirir”. O zamansa maşın təkcə mənə gəlmişdi”.

Ziyafət Əlisoy


SON XƏBƏRLƏR

26 Iyul 2024