• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Qalmaqalın ikinci "raundu": “Yerə soxum o qadını...”

MƏDƏNİYYƏT-ŞOU

29 Fevral 2024 | 12:15

Qalmaqalın ikinci raundu: “Yerə soxum o qadını...”

“Nigar Şabanova sənət göstərib, reklama ehtiyac duymayıb, bu gün də duymur. Ay bədbəxt, içi qurdlular, Nigar Şabanova təhsil alıb, Azərbaycan milli musiqisini, əvəzsiz muğamlarını dünyada digər xanəndələrlə birlikdə təmsil edib və etməkdə davam edir”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Əməkdar artist Nigar Şabanova sosial media hesabındakı paylaşımında yazıb.

Sənətçi ad çəkmədən onu tənqid edənlərə söz atıb:

“Nigar Şabanova dövlət tədbirlərində ifa edən xanəndələrdən biridir. 13 ildir ki, Nigar Şabanova yuxunuzda belə görmədiyiniz dünyaca məşhur, böyük səhnələrdə sizin səsinizin, sənətinizin gücü çatmayacaq sayda böyük orkestrlərlə əsərlər ifa edib və edir. Nigar Şabanova sizin kilometrlərlə yaxınına gələ bilməyəcəyiniz tədbirlərdə ifa edir, ay yazıqlar. Sizin nəyinizə paxıllıq edim? Gör necə bədbəxtsiniz ki, sənətlə reklamı qarışdırırsınız. Keyfiyyətin reklama ehtiyacı olmur. Hansı sənəti olan sizin sənətinizdən yaxşı danışıb? Mənsə, təmiz fikirlə öz düşüncəmi bölüşmüşdüm. Ağıllı olun”.

Əməkdar artist fikirlərini belə davam etdirib:

“Siz kabinetlərdə oxuyub çıxanda, Nigar xarici ölkədə muğamımızı təmsil edir. Bu qədər yüksək uğuru, sanbalı, səviyyəsi olan xanım “raka çiko”ya paxıllıq edərsə, yerə soxum o qadını… Diqqətli ol, yazığsan”.

Qeyd edək ki, Əməkdar artist Nigar Şabanova və müğənni Türkan Vəlizadə arasında soyuq küləklər əsir. Verilişlərin birində Nigar ikinciyə öz iradını bildirsə də, bu, Türkanın xoşuna gəlməyib və o da öz növbəsində ad çəkmədən Şabanovanın ünvanını daş-qalaq edib.

Əməkdar artistin bu paylaşımı isə qalmaqalın ikinci “raund”unun başlamasına səbəb ola bilər.

Ziyafət Əlisoy


SON XƏBƏRLƏR

26 Iyul 2024