• Bakı 11° C

    5.31 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Türkiyə Azərbaycan bayrağını qadağan etdi - FOTO

DÜNYA

07 Sentyabr 2023 | 16:43

Türkiyə Azərbaycan bayrağını qadağan etdi - FOTO

Sentyabrın 8-də baş tutacaq Türkiyə-Ermənistan oyunu öncəsi Azərbaycan bayraqlarının stadiona buraxılmaması ilə bağlı qərar verilib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası qərar qəbul edib. 

Bildirilib ki, artıq Əskişəhərin Atatürk Stadionunda oynanılacaq oyun öncəsi polisə bu barədə tapşırıq verilib. Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası və Əskişəhər Azərbaycanlıları Dərnəyi sözügedən məlumatı təsdiqləyib.

Qərar Türk vətəndaşlarının hiddətinə səbəb olub. Onlar artıq bu qərara qarşı kampaniyaya başlayaraq Azərbaycan bayrağının müqəddəs olduğunu və bayrağın sözügedən oyunda qaldırılacağını açıqlayıblar. 

Qeyd edək ki, 2009-cu ildə də Bursa şəhərində Türkiyə-Ermənistan oyununda Azərbaycan bayrağının qadağan edilməsi böyük skandala səbəb olmuşdu. 


Türkiyə Azərbaycan bayrağını qadağan etdi - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026