Türkiyədə təlim uçuşu zamanı hərbi təyyarə qəzaya uğrayıb.
Bakıvatxı.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, İzmirdə KT-1 tipli hərbi təyyarə təlim uçuşu zamanı dənizə düşüb. Dərhal başladılan axtarış-xilasetmə işləri nəticəsində iki pilot xilas edilib.
Qəzanın səbəbləri araşdırılır.
















