• Bakı 22° C

    5.26 m/s

Türkiyədə meşə yanğını: 19 nəfər xəsarət alıb

DÜNYA

14 Iyul 2022 | 09:22 | Müəllif: Qalib İbrahimoğlu

Türkiyədə meşə yanğını: 19 nəfər xəsarət alıb

Türkiyənin Muğla əyalətinin Datça rayonunda meşə yanğını nəticəsində 19 nəfər xəsarət alıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşım edib.

Nazir qeyd edib ki, 9 nəfərin müalicəsi davam edir, 9 nəfər artıq evə buraxılıb, 1 nəfərə isə tibbi yardım lazım olmayıb.

Kənd və meşə təsərrüfatı naziri Vahit Kirişçi isə yanğın nəticəsində 2,6 min nəfərin təhlükəsiz ərazilərə təxliyə edildiyini bildirib.Onun sözlərinə görə, yanğın 500 hektar meşə sahəsini məhv edib.

"Güclü külək yanğının söndürülməsinə mane olur" deyən nazirin sözlərinə görə, hələlik yanğını nəzarət altına almaq mümkün olmayıb.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026