• Bakı 22° C

    5.47 m/s

  • USD - 1.7

    EUR - 1.7985

    RUB - 0.0175

Ukraynada “Bayraktar” zavodunun inşasına BAŞLANILDI

DÜNYA

12 Avqust 2022 | 22:30

Ukraynada “Bayraktar” zavodunun inşasına BAŞLANILDI

Türkiyənin "Baykar Machine" şirkəti Ukraynada PUA istehsal edəcək zavodun inşasına başlayıb.

Bakıvaxtı.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə şirkətin icraçı direktoru Haluk Bayraktar  müsahibəsində bildirib.

 “Ukraynadakı layihələrlə bağlı uzunmüddətli planlarımız var. "Baykar" burada bütün sistemləri istehsal edəcək fabrik, tədqiqat mərkəzi və qabaqcıl istehsal mərkəzinin tikintisinə başlayıb. Təkcə PUA-ların gövdəsi deyil, elektronikası, eləcə də proqram təminatı və digər məsələləri burada həyata keçirmək istəyirik”.

Haluk Bayraktar  Ukraynadakı zavodda “Bayraktar TB2” və “Bayratkar Akinci” ilə yanaşı, “Bayratkar Kızılelma” reaktiv hipersəs PUA-sı da istehsal etmək istədiklərini deyib.


SON XƏBƏRLƏR

01 Oktyabr 2023