• Bakı 21° C

    4.32 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Sarayevoda turistlər üçün “Şəhər kartı”

DÜNYA

13 Avqust 2022 | 07:29

Sarayevoda turistlər üçün “Şəhər kartı”

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda turistlər üçün “Şəhər kartı” (“City card”) layihəsinə başlanılır.

Bakıvaxtı.az xəbər verir ki, “Sarayevo şəhər kartı” turistlərin ictimai nəqliyyatda, kanatlarda, muzey və mədəniyyət müəssisələrində, eləcə də restoran və otellərdə endirim əldə etmələri məqsədi daşıyır (aviatravel.az). Turistlərin rahatlığının təmin olunması üçün hazırlanan xüsusi kartın məqsədi vaxta və vəsaitə qənaətlə yanaşı, ziyarətçilərə rəqəmsal təcrübə təqdim edərək turizm sektorunun inkişafına şərait yaratmaqdır.

Layihə, həmçinin Sarayevonun turizm məkanı kimi cəlbediciliyini və rəqabət qabiliyyətini artırmaq məqsədi daşıyır. “Sarayevo şəhər kartı” tətbiqinə sentyabr ayından başlanılacaq.


SON XƏBƏRLƏR

26 Aprel 2024