• Bakı 21° C

    6.23 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Bayden Çin lideri ilə görüşə bilər

DÜNYA

12 Avqust 2022 | 21:55

Bayden Çin lideri ilə görüşə bilər

Çin rəsmiləri noyabrda keçiriləcək İyirmilər qrupu və ya Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı sammiti çərçivəsində Çin Xalq Respublikasının Sədri Si Cinpinlə ABŞ Prezidenti Cozef Bayden arasında görüşə hazırlıq işləri görürlər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “The Wall Street Journal” məlumat yayıb.

Qeyd olunub ki, Çin liderinin xaricə səfərinin bu hissəsinin planlaşdırılması ilkin mərhələdədir və əlavə düzəlişlər edilə bilər.

Nəşr qeyd edir ki, bu planlar təsdiqlənərsə, Si Cinpin təxminən üç ildə ilk xarici səfərini edəcək və 2021-ci ilin yanvarında Amerika liderinin andiçmə mərasimindən sonra ilk dəfə Baydenlə görüşəcək.


SON XƏBƏRLƏR

24 Aprel 2024