Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 173 nəfər ölüb.
Bakıvaxtı.az xəbər verir ki, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün “twitter” səhifəsində paylaşdığı məlumatda bu barədə bildirib.
Nazir qeyd edib ki, COVID-19 infeksiyası ilə əlaqədar 384 min 049 nəfər test edilib, 61 min 727 nəfərin koronavirus testi pozitiv nəticə verib. "35 min 163 nəfər isə bu xəstəlikdən sağaldığı göstərilib", - deyə F.Qoca qeyd edib.

















