• Bakı 18° C

    5.62 m/s

  • USD - 1.7

    EUR - 1.9023

    RUB - 2.0943

“Twitter"də daha bir YENİLİK

CƏMİYYƏT

14 Iyun 2023 | 10:30

“Twitter"də daha bir YENİLİK

“Twitter” yeni funksiya üzərində işləyir. Alessandro Paluzzi tərəfindən təklif edilən bu yeni xüsusiyyət bəzi istifadəçiləri “Twitter Blue” almağa məcbur edəcək.

Bakıvaxtı.az xəbər verir ki, “Twitter Blue” abunəçisi olmayan istifadəçilər “Twitter”də istədikləri qədər mesaj göndərə bilməyəcəklər. Platforma göndərilən mesajları sayğacla birləşdirəcək və limit keçilibsə həmin gün yenidən mesaj göndərmək mümkün olmayacaq.

Paylaşılan ekran görüntüsündən məlum olur ki, müəyyən sayda mesaj göndərən istifadəçi mesajlaşmaya davam etmək istəsə, bildiriş mesajı alacaq. Bu məlumat mesajında gündəlik mesajlaşma limitinə çatıldığı və növbəti günə qədər daha mesaj göndərilə bilməyəcəyi qeyd olunacaq. Bu limiti aradan qaldırmaq istəyən istifadəçi “Twitter Blue” abunəçisi olmalıdır.

“Twitter”in üzərində işlədiyi yeni funksiyanın nə vaxt istifadəyə veriləcəyi bilinmir. Digər tərəfdən Alessandro Paluzzinin sözlərinə görə, hazırda “Twitter” gündəlik 500 mesaj limiti təyin edib. Alessandro Paluzzi hesab edir ki, funksiya əlçatan olduqdan sonra bu limit aşağı salınacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Noyabr 2026