• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Hündürlükdən yıxılan şəxs belə xilas edildi - VİDEO

CƏMİYYƏT

14 Iyul 2023 | 09:31

Hündürlükdən yıxılan şəxs belə xilas edildi - VİDEO

Bakıda 53 yaşlı kişi hündürlükdən yıxılaraq köməksiz vəziyyətdə qalıb.

Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə paytaxtın Suraxanı rayonu, Günəşli qəsəbəsi ərazisində vətəndaşın köməyə ehtiyacı olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal çağırış ünvanına cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən 1970-ci il təvəllüdlü Roma Qarayevin hündürlükdən yıxılması səbəbindən müxtəlif bədən xəsarətləri alaraq çökək ərazidə köməksiz vəziyyətdə qaldığı müəyyən edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində köməksiz vəziyyətdə qalan vətəndaş xilasedicilər tərəfindən xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.


Hündürlükdən yıxılan şəxs belə xilas edildi - VİDEOHündürlükdən yıxılan şəxs belə xilas edildi - VİDEO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026