Lerik rayonuna gəzintiyə gələn 3 nəfər çıxdıqları sərt dağlıq ərazidən düşə bilməyib, köməksiz vəziyyətdə qalıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə polisə məlumat daxil olub.
Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz tədbirlər zamanı müəyyən edilib ki, Lənkəran şəhər sakinləri Lerik rayonunun Buzeyir kəndindəki dağlıq ərazidə çıxdıqları qayalıqda köməksiz vəziyyətdə qalıblar. Onlar əraziyə cəlb olunan polis əməkdaşlarının köməyi ilə təhlükəsiz əraziyə çıxarılıblar.
Xəsarət alan olmayıb.
















