• Bakı 12° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Son həftədə COVID-19-a yoluxanların sayı AÇIQLANDI

CƏMİYYƏT

11 Sentyabr 2023 | 17:07 | Müəllif: Subhan Mahmudov

Son həftədə COVID-19-a yoluxanların sayı AÇIQLANDI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son bir həftədə (04.09.2023-10.09.2023) 126 yeni yoluxma faktı qeydə alınıb, 123 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bakıvaxtı.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxanlardan vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 832 438 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 822 004 nəfər müalicə olunaraq sağalıb, 10 302 nəfər vəfat edib, aktiv xəstə sayı 132 nəfərdir.

Ölkədə son həftə ərzində 2 909, hazırkı dövrədək isə 7 677 476 test aparılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR