• Bakı 12° C

    6.17 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bağça müəllimi olmaq istəyənlərin NƏZƏRİNƏ

CƏMİYYƏT

11 Oktyabr 2023 | 17:04

Bağça müəllimi olmaq istəyənlərin NƏZƏRİNƏ

Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi oktyabrın 12-də başa çatacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzi məlumat yayıb.

Bildirilib ki, müsabiqədə iştirak etmək istəyən namizədlər oktyabrın 12-si saat 11:00-dək www.miq.edu.az-a daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini məktəbəqədər təhsil üzrə bitirmiş şəxslər iştirak edə bilərlər.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026