• Bakı 16° C

    3.12 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Daha bir virus əleyhinə peyvənd vurulacaq - RƏSMİ

CƏMİYYƏT

11 Oktyabr 2023 | 15:51

Daha bir virus əleyhinə peyvənd vurulacaq - RƏSMİ

Hazırda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki tibb müəssisələrində qrip əleyhinə peyvəndlənmə aparılmır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

"TƏBİB tabeli tibb müəssisələri vaksinasiya üçün hazır vəiyyətdədir. Vaksinlər müəssisələrə daxil olacağı halda peyvəndlənmə prosesinə başlanıla bilər", - deyə qurumdan əlavə edilib.

Qeyd edək ki, Səhiyyə Nazirliyindən  bildirilib ki, ölkəyə yenidən qrip əleyhinə vaksinlər gətiriləcək.

"Payız-qış mövsümü ilə əlaqədar qrip əleyhinə peyvəndlərin ölkəyə gətirilməsi nəzərdə tutulub", - deyə nazirlikdən bildirilib.

Xatırladaq ki, ötən ilin dekabr ayının 15-dən etibarən ölkə üzrə TƏBİB-in tabeliyindəki tibb müəssisələrində 20 701 nəfər qripə qarşı peyvənd olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026