• Bakı 26° C

    4.38 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

Ötən həftə nə qədər vaksin vurulub?

CƏMİYYƏT

11 Sentyabr 2023 | 17:29 | Müəllif: Subhan Mahmudov

Ötən həftə nə qədər vaksin vurulub?

Azərbaycanda 04.09.2023-10.09.2023 koronavirus (COVID-19) əleyhinə 91 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bakıvaxtı.az-a verilən məlumata görə, həftə ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 35, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 8, üç və daha çox doza vaksin vurduranların sayı 39, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 9 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 969 392, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 413 437, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884 361, üç və daha çox doza vaksin vurduranların sayı 3 405 186, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 408 təşkil edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR