• Bakı 9° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

BQXK saxlanılan Ermənistan vətəndaşlarına baş cəkib

CƏMİYYƏT

11 Sentyabr 2023 | 18:15 | Müəllif: Subhan Mahmudov

BQXK saxlanılan Ermənistan vətəndaşlarına baş cəkib

Avqust ayının sonu və sentyabr ayının əvvəllərində BQXK əməkdaşları saxlanılan Ermənistan vətəndaşlarına baş cəkiblər.

Bu barədə Bakıvaxtı.az-a BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib. Qeyd olunub ki, Azərbaycan tərəfinin haqqında məlumat verdiyi həmin şəxslərlə təkbətək görüş keçirilib və onların ailələri ilə əlaqələri yaradılıb.Mandatına uyğun olaraq BQXK, bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. BQXK həmçinin, şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR