• Bakı 12° C

    0.57 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Turalənin atası nədən narazıdır?

CƏMİYYƏT

12 Avqust 2023 | 16:35 | Müəllif: Subhan Mahmudov

Turalənin atası nədən narazıdır?

Qızımın ölümündə əli olan Zaur və Nurlan, eləcə də Kəmalə hələ də azadlıqdadırlar.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Mingəçevir şəhər Prokurorluğunda intihar etdiyi deyilən 32 yaşlı Turalə Aslanovanın atası Natiq Aslanov deyib.

O bildirib ki, hadisə ilə bağlı yalnız Kəmalə Quliyevə sərəncam əsasında işdən azad olunub:

“İşdən çıxarmaqla heç nə dəyişmir. Balamın qatilləri hələ də azadlıqdadırlar. Hətta bizə dedilər, guya Zaur adlı müstəntiq də işdən çıxarılıb. Amma araşdırdıq və məlum oldu ki, işini davam etdirir. Qızımın ölümündə əsas əli olan 3 nəfərdir – Kəmalə, Zaur, Nurlan. Bundan başqa Turalənin Bakıdan gələn vəkili Emin Kiçikbəyov da bizdən qaçır”.

N.Aslanov deyib ki, məsələ Azərbaycan Respublikası Baş Prokurorluğunda araşdırılır:

“İş Baş Prokurorluqdadır. Onlarla da əlaqə saxlayanda hələ araşdırma aparıldığını bildirirlər. Biz qızımızın ölümündə əli olan hər kəsin tez bir zamanda cəzasını almasını istəyirik. Bir neçə gün sonra baş prokurorla görüşməyi düşünürəm”.

Qeyd edək ki, iyulun 19-da Mingəçevir şəhər Prokurorluğunda intihar hadisəsi baş verib. 1991-ci il təvəllüdlü Turalə Natiq qızı Aslanovanın özünü həmin binanın ikinci mərtəbəsindən atdığı iddia edilir. Valideynləri isə mediaya açıqlamalarında deyirlər ki, Turaləni öldürüb, sonra pəncərədən atıblar./globalinfo.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026