• Bakı 20° C

    3 m/s

  • USD - 1.7

    EUR - 1.9095

    RUB - 1.9963

Azad olunmuş ərazilərdə daha 43 mina AŞKARLANDI

CƏMİYYƏT

11 Sentyabr 2023 | 15:31 | Müəllif: Subhan Mahmudov

Azad olunmuş ərazilərdə daha 43 mina AŞKARLANDI

Azərbaycanın Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ötən həftə ərzində (4-10 sentyabr) işğaldan azad edilmiş ərazilərdə aparılmış mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənmə əməliyyatları barədə məlumat yayıb.

ANAMA-nın mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, ötən ay ərzində Tərtər, Xocavənd, Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Laçın, Qubadlı, Zəngilanda minatəmizləmə əməliyyatları aparılıb.

Əməliyyatlar zamanı 31 ədəd piyada və 12 ədəd tank əleyhinə mina, 214 ədəd partlamamış hərbi sursat (PHS) aşkar olunaraq zərərsizləşdirilib.

Ümumilikdə 5,246 ha ərazi yoxlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Oktyabr 2026