• Bakı 10° C

    4.81 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Ucarda qaz xəttində güclü YANĞIN - Alovun hündürlüyü 8 metrə çatdı

HADİSƏ

04 Fevral 2022 | 21:37 | Müəllif: Subhan Mahmudov

Ucarda qaz xəttində güclü YANĞIN - Alovun hündürlüyü 8 metrə çatdı

Ucarda qaz xəttində baş verən sızma güclü yanğına səbəb olub.

Bakıvaxtı.az APA-ya istinadən bildirir ki, hadisə bu gün axşam saatlarında qeydə alınıb.

Eyni yerdə yerləşən 4 ana xətdə - 315 mm-lik, 160 mm-lik, 110 mm-lik və 225 mm-lik qaz xəttində baş verən yanğın zamanı alovun hündürlüyü 7-8 metrə çatıb.

Yanğın güclü olduğundan həmin xətdə qaz təchizatı müvəqqəti dayandırılıb. Bu səbəbdən də rayonun Alpout, Qazıqumlaq, Ramal, Qaradağlı, Çini, Məlikballı, Alıkənd və rayon mərkəzinin bir hissəsi qazsız qalıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ucar Rayon Yanğından Mühafizə hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb. Ölən və xəsarət alan olmayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026