5 mart 2022-ci il tarixdə Aytac Əliyevanın meyitinin Qəbələ rayonu ərazisində aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Qəbələ Rayon Prokurorluğundan Bakıvaxtı.az-a verilən məlumta görə, aparılmış ilkin araşdırmalarla Qəbələ rayonu ərazisində Kemale Maksumbekovanın 2008-ci il təvəllüdlü azyaşlı oğlu ilə birlikdə şəxsi münasibətlər zəminində 1999-cu il təvəllüdlü Aytac Əliyevanın baş nahiyyəsinə daşla xəsarət yetirdikdən sonra yapışqanla baş və boyun nahiyyəsini bağlaması nəticəsində sonuncunun boğularaq ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Qəbələ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Kemale Maksumbekova şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
***
18:41
Qəbələ rayonunda qətlə yetirilən Aytac Əliyevanın öldürülməsində şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, martın 5-də Qəbələ rayonunda Aytac Əliyevanın qətlə yetirilməsi ilə əlaqədar rayon prokurorluğunun və polis şöbəsinin əməkdaşları tərəfindən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilib.
Nəticədə qətli törətməkdə şübhəli bilinən bir nəfər qadın saxlanılıb.
Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb, hazırda istintaq və əməliyyat - axtarış tədbirləri davam etdirilir.
***
13:35
Qəbələ rayonunda gənc qadının hissələrə ayrılmış meyiti tapılıb.
Bakıvaxtı.az-ın reporta-a istinadən məlumatına görə, dünən axşam saatlarında şəhər ərazisində məişət tullantılarının atıldığı qutudan qadın əli tapılıb.
Daha sonra qutularda sellofan torbalara yığılaraq atılmış meyitin digər hissələri aşkarlanıb.
Tapılan meyitin 20-25 yaşlarında olan gənc qadına aid olması ehtimal olunur.
Meyitin 1999-cu il təvəllüdlü Aytac Əliyevaya məxsus olduğu deyilir (apa).
Hadisənin kim tərəfindən və hansı səbəbdən törədildiyi hələ ki, məlum deyil.
Faktla bağlı Qəbələ rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
















