• Bakı C

    3.45 m/s

  • USD - 1.7

    EUR - 1.774

    RUB - 1.8085

Üçüncə dəfə evlənəcəklər?

ŞOU

13 Fevral 2025 | 08:53

Üçüncə dəfə evlənəcəklər?

Daha əvvəl iki dəfə evli olub boşanan müğənni Sinan Akçıl və aktrisa Burcu Kıratlının yenidən bir arada olmasına dair iddialar səsləndirilir.

Bakıvaxtı.az bu barədə Türkiyə mətbuatına istinadla xəbər verir.

Məlumata görə, 2019-cu il yanvarın 1-də Amsterdamda evlənən Sinan Akçıl və Burcu Kıratlının xoşbəxtliyi 9 ay davam edib. Qəfildən boşanmağa qərar verən cütlüyün ayrılmasına səbəb kimi qısqanclıq böhranları olduğu iddia edilib.

20 gün bir-birindən ayrı qala bilən məşhur cütlük sevgilərinə yeni şans verib və 2021-ci ilin fevralında ikinci dəfə evləniblər. Lakin Sinan Akçıl və Burcu Kıratlının ikinci evliliyi 15 ay davam edib. İkisi Tərəflər 2022-ci ilin mayında qarşılıqlı razılaşma əsasında yollarını ayırıb.

Ancaq Akçıl və Kıratlı haqqında yeni iddia ortaya atılıb. Belə ki, məşhur cütlüyün yenidən münasibətə başladığı deyilir.

Onların üçüncü dəfə evlənib-evlənməyəcəkləri bəlli deyil, bununla belə artıq Akçılla Kıratlının bir yerdə olduqları iddia olunur.

Barışma iddiaları ilə bağlı Burcu Kıratlı və Sinan Akçıldan heç bir açıqlama verilməyib.

Murad Məmmədli


SON XƏBƏRLƏR