• Bakı 11° C

    0.34 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

UEFA-dan daha bir YENİLİK

İDMAN

26 Aprel 2023 | 12:26

UEFA-dan daha bir YENİLİK

UEFA klublarda maaş limiti tətbiq etmək istəyir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa futbol qurumunun prezidenti Aleksander Çeferin BBC-yə açıqlama verib.

Sloveniyalı funksioner köhnə qitə klublarının bu ideyanı dəstəklədiyini bildirib: "Böyük, kiçik və milyarderlərə məxsus klublar - hamı razıdır. Gələcəkdə maaş limitini ciddi şəkildə düşünməliyik. Büdcələr qalxsa, rəqabət balansımızda problem yaşanacaq. Beş klub həmişə qalib gəlirsə, artıq bunun mənası yoxdur".

Çeferin bunun hamıya şamil edilməli olduğunu diqqətə çatdırıb: "Bu, kollektiv sözləşmə olmalıdır. Biri etsə, hansısa liqalar etməsə, mənasız olacaq. Ümid edirəm ki, bunu tez zamanda həyata keçirəcəyik. Hələlik belə qayda var, 2024-cü ildən sonra gəlirinizin 70 faizə qədərini maaşlara və transferlərə xərcləyə bilərsiniz. Amma gəliriniz beş milyarddırsa, 70 faiz də kifayət qədər çoxdur".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR