• Bakı 10° C

    1.26 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

“Qarabağ”  Avstriyaya gedir

İDMAN

25 May 2023 | 11:56

“Qarabağ” Avstriyaya gedir

Azərbaycanı növbəti mövsüm Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”ın yay hazırlıq planı məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, mayın 28-də Premyer Liqanın son tur oyunundan sonra istirahətə buraxılacaq kollektiv iyunun 11-də Bakıda toplaşacaq.

Komanda hazırlığın əsas mərhələsini Avstriyada keçəcək. “Qarabağ” iyunun 22-də sözügedən ölkəyə yollanacaq. Ancaq toplanışın müddəti hələlik dəqiqləşməyib. Bu, Çempionlar Liqasının püşkatmasından - komandanın ilk oyunu harada keçirməsindən asılı olacaq. “Atlılar” səfərdə oynayacaqsa, Avstriyadan birbaşa ora gedəcək. İlk oyun evdə olacağı təqdirdə komanda daha erkən Bakıya qayıdacaq.

“Qarabağ” toplanış müddətində 3-4 yoxlama oyunu keçirməyi planlaşdırır. Rəqiblər hələlik dəqiqləşməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026