• Bakı 23° C

    4.7 m/s

  • USD - 1.7

    EUR - 1.8912

    RUB - 0.0186

Uill Smitin Bakıda konserti baş tutub

ŞOU

14 Sentyabr 2024 | 11:39

Uill Smitin Bakıda konserti baş tutub

"Formula 1" üzrə Azərbaycan Qran-prisi ərəfəsində Hollivudun məşhur siması, aktyor və musiqiçi Uill Smitin konserti baş tutub.

Bakıvaxtı.az xəbər verir ki, tədbir "Crystal Hall"da gerçəkləşib.

Onun səsləndirdiyi hitlər, xüsusən də 90-cı illərin musiqi sevərlərinə nostalji hislər yaşadıb. Ulduzun canlı çıxışı ilə yanaşı müasir səhnə effektlərinin yaratdığı ab-hava gecəyə xüsusi rəng qatıb.

Əyləncə Uill Smitin çıxışı ilə yekunlaşmayıb. Gecənin ikinci hissəsində elektron musiqi dünyasının ulduzu, Qremmi mükafatlı DJ Black Coffee səhnəyə çıxaraq öz fərqli üslubu ilə azarkeşləri heyran edib. Onun təqdim etdiyi enerjidolu musiqilər tamaşaçılara ritmlərlə dolu unudulmaz bir gecə bəxş edib.

Qeyd edək ki, ötən gün start götürən Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.


SON XƏBƏRLƏR