• Bakı 14° C

    1.53 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 2.1118

"Ukrayna ordusuna güclü dəstək veririk, lakin..."-  NATO Baş katibi

DÜNYA

04 Mart 2022 | 18:00 | Müəllif: Qalib İbrahimoğlu

"Ukrayna ordusuna güclü dəstək veririk, lakin..."- NATO Baş katibi

Münaqişənin Ukrayna sərhədlərindən kənara çıxmasının qarşısını almaqla bağlı bizim məsuliyyətimiz var.

Bakıvaxtı.az apa-ya istinadla xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq bildirib.

Onun sözlərinə görə, əgər münaqişə Ukrayna sərhədlərindən kənara çıxsa, bu, daha dağıdıcı və dəhşətli olacaq, daha çox itkilər olacaq: “Ona görə də biz mövqeyimizi aydın etdik: biz nə havadan, nə də qurudan Ukraynaya müdaxilə edəcəyik”.

Baş katib bir daha Ukrayna səmasının bağlanması məsələsinə toxunub: “Ukrayna səmasının bağlanması o deməkdir ki, biz qırıcı təyyarələrimizi Ukrayna səmasına göndərək və Rusiya təyyarələrini vuraraq Ukrayna səmasını bağlayaq. Biz vəziyyəti başa düşürük, ancaq həm də inanırıq ki, əgər səmanı bağlamaqla bağlı addım atsaq, bu, Avropa regionunda tam miqyaslı müharibə ilə nəticələnəcək. Daha çox ölkələr bu müharibəyə cəlb olunacaq, daha çox insan tələfatı olacaq. Bütün bunlara görə biz belə ağrılı, çətin bir qərarı alırıq. Ən sərt sanksiyaları tətbiq edirik. Ukrayna ordusuna güclü dəstək veririk, lakin eyni zamanda, bu müharibəyə birbaşa müdaxilə etmirik”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Oktyabr 2026