• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ukrayna üçün 200 milyon dollar ayrıldı

DÜNYA

13 Aprel 2023 | 00:10 | Müəllif: Subhan Mahmudov

Ukrayna üçün 200 milyon dollar ayrıldı

Dünya Bankı Ukraynada enerji infrastrukturunun bərpası üçün 200 milyon dollar qrant ayırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Bankın saytında məlumat yayılıb.

Bildirilib ki, qrantın məbləği Kiyevin tərəfdaşlarının töhfələri hesabına 300 milyon dollara qədər arta bilər. “Layihə kritik avadanlıqların təcili alınması yolu ilə elektrik enerjisinin ötürülməsi və istilik infrastrukturunun təcili təmirinə dəstək verəcək", - Dünya Bankının açıqlamasında deyilir.

Təşkilatın yaydığı məlumatda qeyd olunub ki, Ukraynada enerji infrastrukturunun 50%-dən çoxu payız-qış aylarında zədələnib və bu, son nəticədə bütün ölkədə elektrik enerjisinin verilişində ciddi fasilələrə, ərzaq, istilik və su çatışmazlığına gətirib çıxarıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026