• Bakı 19° C

    0.8 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Ukrayna XİN-dən Lavrova CAVAB

DÜNYA

13 Iyul 2023 | 12:39

Ukrayna XİN-dən Lavrova CAVAB

“Biz bütün hallarda F-16 qırıcı təyyarələrini əldə edəcəyik”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitro Kuleba tviterdə yazıb.

O bildirib ki, Rusiya Ukrayna əsgərlərindən qorxur: “Rusiya xarici işlər naziri Sergey Lavrov qıcıqlansa da, bununla barışacaq”.

Qeyd edək ki, S.Lavrov Ukraynada nüvə silahı daşıya bilən F-16 qırıcılarının peyda olması faktının Rusiya tərəfindən nüvə sahəsində Qərbdən gələn təhlükə kimi qiymətləndiriləcəyini bildirmişdi.

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski dünən, iyulun 12-də F-16-ların 2024-cü ilin mart ayına kimi tədarük ediləcəyini söyləmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR