• Bakı 15° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Ukraynada müharibə nəticəsində 520 uşaq ölüb

DÜNYA

08 Yanvar 2024 | 12:14

Ukraynada müharibə nəticəsində 520 uşaq ölüb

Rusiyanın Ukraynada apardığı müharibə nəticəsində indiyə qədər 520 uşaq ölüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun "Telegram" hesabında bildirilib.

"8 yanvar 2024-cü il səhər saatlarına olan məlumata görə, Rusiya Federasiyasının genişmiqyaslı silahlı təcavüzü nəticəsində indiyə qədər 520 uşaq həlak olub, 1186 uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alıb", - məlumatda deyilir.

Baş Prokurorluq bildirib ki, bu, yekun rəqəm deyil, aktiv hərbi əməliyyatlar aparıldığı yerlərdə, müvəqqəti işğal olunmuş və azad edilmiş ərazilərdə məlumat toplanması davam edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026