• Bakı 25° C

    6.07 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Ukraynadan xüsusi Krım əməliyyatı

DÜNYA

25 Avqust 2023 | 14:32

Ukraynadan xüsusi Krım əməliyyatı

Ukrayna Priqojinin öldüyü gecə Krımda xüsusi əməliyyat keçirib.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, bunu Ukrayna donanması və hərbi kəşfiyyat bölməsi iddia edib.

Qeyd olunur ki, əməliyyat zamanı Rusiyanın S-400 hava hücumundan müdafiə batareyası məhv edilib.

Həmin gün Krımda bir şəxsin Ukrayna bayrağını kameraya göstərdiyi iddia edilən video yayımlanıb.

Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İidarəsinin məlumatına görə, eniş məntəqəsi Krımın qərbindəki Olenivka və Mayak yaşayış məntəqələri yaxınlığındadır.

Rəsmilər "Əsgərlər yarımadaya girdi. Hədəflərə çatıldı. Əsgərlərimiz arasında can itkisi olmadı" deyə bildiriblər.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026