“Bu gün Qarabağ müharibəsi nəticəsində dağıdılmış Ağdam şəhərini ziyarət etdik. Bu, lap Xirosimadır”.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ukraynalı hərbi jurnalist Roman Boçkala "Facebook" səhifəsində yazıb.
Ağdama səfər edən jurnalist hətta Suriyanın Homs şəhərində belə bu qədər dağıntıları görmədiyini bildirib.
"Burada salamat bina qalmayıb", -deyə Roman Boçkala sosial şəbəkə hesabında Ağdamdan fotolar paylaşıb.






















