Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) işğal səbəbiylə Ukraynadan qonşu ölkələrə sığınanların sayının 422 minə çatdığını açıqlayıb.
Bakıvaxtı.az-ın məlumatına görə, bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının sözçüsü Laura Padoan “Twitter”də paylaşıb. Qeyd olunub ki, BMT QAK “ölkəni tərk etmiş insanları qaçqın kimi görür”.
Padoan bildirib ki, hazırda 100 mindən çox insan Ukrayna daxilində köçkün vəziyyətinə düşüb.
Aytac Aslan
















