• Bakı 7° C

    7.65 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Rusiya ordusu ağır itkilər verir - Britaniya kəşfiyyatı

DÜNYA

30 Mart 2022 | 10:44

Rusiya ordusu ağır itkilər verir - Britaniya kəşfiyyatı

“Ağır itki verən Rusiya ordusunun bölmələri yenidən təşkil olunmaq və təchizatın bərpası üçün Belarus və Rusiyaya qayıtmaq məcburiyyətində qalıb”.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat Xidməti məlumat yayıb.

Qeyd olunub ki, bu, Rusiya ordusunun onsuz da çətin vəziyyətdə olan logistik vəziyyətinə daha çox təzyiq göstərir və Rusiyanın Ukrayna daxilində irəliləmiş hərbi qüvvələrinin yenidən təşkilində çətinliklə üzləşdiyini nümayiş etdirir.

Kəşfiyyat Xidmətindən o da bildirilib ki, Rusiya kütləvi artilleriya və raket zərbələri ilə quru qüvvələrinin azalan manevr qabiliyyətini kompensasiya etməyə davam edəcək: “Rusiyanın Donetsk və Luqanskdakı hücuma diqqət yetirməsi, ehtimal ki, onun birdən çox istiqamətdə irəliləyiş oxunu saxlamaqda çətinliklə üzləşdiyinin etirafdır”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026