• Bakı 13° C

    6.4 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rus ordusu türk qızıllarını ələ keçirdi

DÜNYA

29 Aprel 2022 | 00:13 | Müəllif: Subhan Mahmudov

Rus ordusu türk qızıllarını ələ keçirdi

Müvəqqəti işğal olunmuş Melitopolda rus hərbçiləri şəhər Diyarşünaslıq Muzeyini ələ keçiriblər. Yerli xainlər skif qızılının saxlandığı yeri tapmaqda onlara kömək ediblər.

Bakıvaxtı.az axar.az-a istinadən bildirir ki, bu barədə Zaporojye vilayət hərbi administrasiyasının Teleqram kanalında məlumat yayılıb.

"Rusiya hərbçilərinin Melitopol Diyarşünaslıq Muzeyini ələ keçirməsi barədə məlumatlar var. Xain əməkdaşlar ruslara ötən əsrin 50-ci illərində arxeoloqlar tərəfindən aşkar edilmiş skif qızılının saxlandığı yeri göstəriblər", - məlumatda deyilir.

Bildirilir ki, ruslar jurnalistləri dindirir və axtarış aparırlar:

"Sərhədsiz Reрortyorlar" təşkilatının məlumatına görə, Melitopol, Berdyansk, Enerqodar və Tokmakda Rusiya hərbçiləri media işçilərinin avadanlığını ələ keçirir və onlar üçün işləməkdən imtina edən hər kəsi girov götürür. Onlar Melitopolun müəssisələrinin əmlakını soyub aparmağa davam edirlər. Soyğunçuluq artmaqdadır".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026