• Bakı C

    4.51 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

“Bir il əvvəl əhalini təxliyə etmək təklif olunmuşdu”

DÜNYA

28 May 2022 | 21:45

“Bir il əvvəl əhalini təxliyə etmək təklif olunmuşdu”

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ona müharibədən 1 il əvvəl əhalini təxliyə etmək təklif olunmuşdu.

Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə dövlət başçısı Niderlandın NOS agentliyinə müsahibəsində bildirib.

“Ölkəmiz hazırlaşırdı. Bilirdik ki, hər an irimiqyaslı hücum ola bilər. Bizə hələ 1 il əvvəl səngər qazmaq və əhalini köçürmək təklif edilirdi. Bu doğru yol deyildi və cəmiyyətdə çaxnaşma yaratmağa ehtiyac yox idi” – deyə Zelenski qeyd edib.

Dövlət başçısı bildirib ki, müharibədən 1 il əvvəl belə bir addım atmaq iqtisadiyyat zərbə vura bilərdi: “Hər bir addım maliyyə vəziyyətinə zərbə vurur. Biz bunu müharibə başlayandan sonra daha ciddi hiss etdik. Büdcə kəsirimiz 5 milyardı keçib. Bu kəsr martdan sonra başlayıb. Əgər 1 il əvvəl kampaniyaya başlasaydıq, o zaman iqtisadiyyatımız ümumiyyətlə mövcud olmayacaqdı.”


SON XƏBƏRLƏR

28 Mart 2024