Rusiyanın Ukraynanı işğalı ilə başlayan müharibədə ölkənin şərq rayonlarında qarşıdurmalar daha da şiddətlənib. Ukrayna Qərbdən gələn silahların köməyi ilə müqavimətini davam etdirir.
Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, Ukraynanın təcili gözlədiyi Almaniya istehsalı olan tanklarla bağlı Berlinin mövqeyi reaksiyalara səbəb olub və Almaniya Ukraynaya tank göndərmək istəmədiyi üçün reaksiya ilə üzləşib.
'U' dönüşü kimi təsvir edilən bir hərəkət Almaniyadan gəlib. Almaniyanın xarici işlər naziri Annalena Baerbok Berlinin "Leopard" qərarını dünyaya açıqlayıb.
Baerbok bəyan edib ki, Polşa Ukraynaya alman "Leopard" tanklarını göndərmək istəsə, buna qarşı çıxmayacaq.
Alman nazir müxbirin Polşa Ukraynaya “Leopard” tankları tədarük etsə, nə baş verəcəyini soruşduqda belə cavab verib: “Hazırda bu sual verilməyib, amma olsaydı, biz bunun qarşısını almazdıq”. Alman mətbuatı bu açıqlamanı “Berlin yaşıl işıq yandırdı” kimi şərh edib.
Digər tərəfdən, Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin “Kiyev rejiminə hücum silahlarının verilməsi qlobal fəlakətə gətirib çıxaracaq” deyib.
Rəsmi Telegram hesabından açıqlama verən Volodin, "Əgər Vaşinqton və NATO ölkələri şəhərləri vurmaq üçün istifadə olunacaq silahlar əldə edər və təhdid etdikləri zaman torpaqlarımızı ələ keçirməyə cəhd edərlərsə, bu, daha güclü silahlar istifadə edərək cavab tədbirləri görməyə səbəb olacaq", - deyə qeyd edib.
Volodin Avropa ölkələrinin deputatlarına və ABŞ Konqresinin üzvlərinə “Onlar insanlıq qarşısında məsuliyyətlərini dərk etməlidirlər” deyə xəbərdarlıq edib.
Ay Tac















