• Bakı 19° C

    6.8 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev bu həkimin oğludur - DOSYE

CƏMİYYƏT

13 Mart 2024 | 16:55

Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev bu həkimin oğludur - DOSYE

Vahid Rasim oğlu Hacıyev Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Bakıvaxtı.az Vahid Hacıyevin dosyesini təqdim edir.

Vahid Hacıyev Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində bakalavr və magistr təhsillərini alıb.

2017-2019-cu illərdə Varvik Universitetinin Varvik biznes məktəbində biznes idarəçiliyi üzrə magistr təhsili alıb.

Vahid Hacıyev daha əvvəl neft sektorunda fəaliyyət göstərib.

O, 13 il “bp Azərbaycan” şirkətində müxtəlif yüksək vəzifələrdə çalışıb.

V.Hacıyev ticarət əməliyyatları kəşfiyyatı üzrə biznes-menecer, daha əvvəl isə aparat rəhbəri olub.

Daha sonra “Agro Dairy” MMC-nin qanuni təmsilçisi və icraçı direktoru olub.

V.Hacıyev bu təyinata qədər Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi olub.

Qeyd edək ki, Vahid Hacıyev oftalmoloq Rasim Hacıyevin oğludur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR