• Bakı 12° C

    7.2 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Van Yi BRİKS-ə üzv dövlətlərə çağırış etdi

DÜNYA

12 Sentyabr 2024 | 07:41 | Müəllif: Əli Hüseynov

Van Yi BRİKS-ə üzv dövlətlərə çağırış etdi

“Ümumi maraqları təmin etmək üçün BRİKS-ə üzv dövlətlər terrorizm və kibercinayətlərlə mübarizədə çoxtərəfli koordinasiyanı gücləndirməlidir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van Yİ bildirib.

Onun sözlərinə görə, beynəlxalq təhlükəsizlik vəziyyəti daha da mürəkkəbləşib: “BRİKS dövlətlərinin terrorla mübarizə və kibertəhlükəsizlik məsələlərində oxşar mövqeləri və maraqları var. Konsensus, qarşılıqlı fəaliyyət gücləndirilməli, müvafiq istiqamətdə sabit və genişmiqyaslı əməkdaşlıq təşviq edilməlidir”.

Nazir bildirib ki, BRİKS ölkələri BMT-nin əsas halqası olduğu qlobal idarəetmə sistemini təkmilləşdirməyə çalışmalı və onun daha ədalətli və səmərəli olmasını təmin etməlidir. O, məlumatların təhlükəsizliyi və süni intellekt texnologiyalarının təmin edilməsi üçün birgə işin vacibliyini qeyd edib:

“Maraqlı dövlətlər arasında həmrəyliyin qorunması vacibdir. Biz BRİKS+ modelinin müsbət təsirindən tam yararlanmalı və birləşmə ruhunda daha geniş ölkələri birləşdirməliyik. BRİKS ölkələri daha fəal təcrübə mübadiləsi aparmalı, dialoqu təşviq etməli, potensial inkişaf etdirməli və qlobal cənub ölkələrində terrorizm və kibercinayətkarlıqla mübarizədə ümumi mövqeyi davamlı şəkildə gücləndirməlidir. İkili standartlara, müvafiq məsələlərin siyasiləşdirilməsinə qarşı mübarizə aparmaq lazımdır


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026