Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədri Vasif Talıbov istefa verib.
Bakıvaxtı.az xəbər verir ki, onun vəzifəsi Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Yadulla oğlu Zeynalova həvalə edilib.
Qeyd edək ki, Vasif Talıbov 1995-ci ilin dekabr ayından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışıb.
***
12:47
Hazırda Naxçıvan Ali Məclisinin qapalı iclası davam edir.
Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə Bizim.Media məlumat verib.
Bildirilir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bugünkü iclasda istefa verib.
Qeyd edək ki, ölkə mediasında bu gün Naxçıvan Ali Məclisinin qapalı iclasının keçirildiyi barədə məlumatlar yer alıb. Məlumatlara görə, iclasa Muxtar Respublikanın heç bir naziri dəvət almayıb.
İclasın gündəliyi barədə rəsmilərə məlumat verilməsə də, Naxçıvanla bağlı mühüm qərarların qəbul ediləcəyi gözlənilir.








jpg-1674195479.webp)







