• Bakı 21° C

    1.03 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

Vasif Talıbov YAP-dan çıxarılır?

CƏMİYYƏT

19 Dekabr 2022 | 15:10

Vasif Talıbov YAP-dan çıxarılır?

Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovla bağlı hakim Yeni Azərbaycan Partiyasının yuxarı eşelonunda müzakirələr aparılıb.

Bakıvaxtı.az xəbər verir ki, belə bir iddianı “Yenisabah” yayıb.

Bildirilib ki, YAP rəhbərliyində təmsil olunan bəzi şəxslər onun partiya sıralarından uzaqlaşdırılmasını tələb ediblər.

“Gərgin keçən müzakirələrdən sonra bir qədər gözləməyə qərar verilib. YAP-dakı mənbə sayta deyib ki, İdarə Heyətinin üzvləri Vasif Talıbovla bağlı qeyri-müəyyənliyin aradan qalxmasını gözləyirlər. Onun sözlərinə görə, Ali Məclis sədrinin tutduğu postdan uzaqlaşdırılması onun YAP sıralarından xaric edilməsi ilə nəticələnəcək.

V.Talıbov YAP Naxçıvan MR təşkilatının sədri və eyni zamanda partiyanın İdarə Heyətinin üzvüdür. Onun bir müddət əvvəl partiyanın yaradılmasının 30 illik yubileyi münasibəti ilə Bakıda keçirilən tədbirə buraxılmaması da yaxın zamanlarda onun partiya ilə yollarının ayrıla biləcəyi ehtimalını yaradırdı”, - məlumatda qeyd edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Sentyabr 2026