• Bakı 13° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Bu il TÜRKSOY Şuşada bir sıra tədbirlər keçirəcək

CƏMİYYƏT

18 Yanvar 2023 | 13:32

Bu il TÜRKSOY Şuşada bir sıra tədbirlər keçirəcək

Bu il TÜRKSOY Şuşada bir sıra tədbirlər keçirəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri  Beynəlxalq Türk Mədəniyyət Təşkilatının (TÜRKSOY) Baş katibi Sultan Rayev deyib.

Baş katib xatırladıb ki, TÜRKSOY Daimi Şurasının qərarı ilə 2023-cü il Şuşa şəhəri türk dünyasının mədəniyyət paytaxtı elan edilib və bununla bağlı Qarabağda silsilə tədbirlər keçiriləcək:

“Xarıbülbül festivalı, ənənəvi sənət nümunələrini bir araya gətirən tədbirlər planlanıb. Eyni zamanda TÜRKSOY-un “Türk dünyasının rəssamlar toplantısı”, “Türk dünyasının şairlər toplantısı”, “Türk dünyasının fotoqraflar toplantısı”, “Türk dünyasının heykəltəraşlar toplantısı” kimi digər bütün ənənəvi layihələri də Şuşada gerçəkləşdirəcəyik”.

S.Rayev bildirib ki, 2023-cü il təkcə Şuşa üçün deyil, bütün türk dünyası üçün rəngarəng proqramlarla keçəcək:

“Şuşadan daha güllə səsləri gəlməyəcək, musiqi səsləri gələcək. Şuşa çal-çağırlı günlərinə qayıdacaq, türk dünyasında müxtəlif tədbirlər təşkil etməklə Şuşanın rəngarəng təbiətinin harmoniyasını quracağıq. Sözün əsl mənasında Şuşa üçün də, türk dünyası üçün də möhtəşəm bir il olacaq”. /Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR