• Bakı 9° C

    10.82 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Polis bu qızı axtarır - FOTO

CƏMİYYƏT

17 Fevral 2023 | 12:35

Polis bu qızı axtarır - FOTO

Bakıda 20 yaşlı qız itkin düşüb.

Bu barədə Bakıvaxtı.az-a DİN-dən məlumat verilib.

Məlumata görə, Xəzər rayonu, Binə qəsəbəsində yaşayan N.İsmayılov Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirib ki, 24.01.2023-cü il tarixində saat 14:00 radələrində qızı 2003-cü il təvəllüdlü Əfsanənin yaşadığı evdən çıxıb naməlum istiqamətə gedərək qayıtmayıb.

İtkin düşən şəxsin əlamətləri: boyu 160 sm, gözlərinin rəngi qəhvəyi, saçları qara. Əfsanə evdən çıxan zaman əynində qara rəngli gödəkçə, qara cins və qara idman ayaqqabısı olub. Bu şəxs barəsində hər hansı bir məlumatı olan şəxslərin Xəzər Rayon Polis Şöbəsinin 3-cü Polis Şöbəsinə - 055-211-81-74, 051-571-03-11, 050-257-55-55 012-590-72-03 və 012-456-03-02 telefon nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.


Polis bu qızı axtarır - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026