• Bakı 8° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

20 Yanvar şəhidləri kollecdə yad edildi - FOTO

CƏMİYYƏT

18 Yanvar 2023 | 13:34 | Müəllif: Qalib İbrahimoğlu

20 Yanvar şəhidləri kollecdə yad edildi - FOTO

Elm və təhsil nazirinin və UNEC rektorunun imzaladığı “20 Yanvar faciəsinin otuz üçüncü ildönümü ilə bağlı” Tədbirlər Planına uyğun olaraq UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə faciəyə həsr olunmuş xüsüsi dərslər keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, dərslərdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

20 Yanvar Ümumxalq Hüzn Gününə ilə bağlı 242-ci,459-cu,710-cu,669-cu qruplarda keçirilən xüsusi dərslərdə Samirə İbrahimova, Gülər Bayramova, Nərmin Qurbanlı, İradə Qasımova 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilmiş vəhşiliklərdən, insanlığa qarşı yönəlmiş hadisələrin acı nəticələrindən söhbət açıb, 20 Yanvar hadisələrinin tarixindən, şəhid kimi əbədiyyətə qovuşan Vətən övladlarının şücaətindən bəhs ediblər.


20 Yanvar şəhidləri kollecdə yad edildi - FOTO20 Yanvar şəhidləri kollecdə yad edildi - FOTO20 Yanvar şəhidləri kollecdə yad edildi - FOTO20 Yanvar şəhidləri kollecdə yad edildi - FOTO20 Yanvar şəhidləri kollecdə yad edildi - FOTO20 Yanvar şəhidləri kollecdə yad edildi - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026