• Bakı 8° C

    0.18 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Vətəndaşa silahla xəsarət yetirən qardaşlar saxlanıldı

CƏMİYYƏT

04 Fevral 2024 | 20:56 | Müəllif: Subhan Mahmudov

Vətəndaşa silahla xəsarət yetirən qardaşlar saxlanıldı

Fevralın 2-də Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Zabil Aslonova odlu silahla xəsarət yetirməkdə şübhəli bilinən şəxslər elə həmin gün saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan Bakıvaxtı.az-a bildirilib ki, saxlanılan Bahəddin və Babək Bayramlı qardaşlarından Bahəddin Bayramlıya məxsus avtomobildən cinayət aləti olan 1 ədəd “Kalaşnikov” markalı avtomat aşkarlanaraq götürülüb.

Hadisə şəxsi münasibətlər zəminində baş verib.

Şübhəli şəxslər barəsində Cinayət Məcəlləsinin müfaviq maddəsi ilə cinayət işi qaldırılıb, istintaq hərəkətləri davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR