• Bakı 17° C

    2.88 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

Xaçmazda ağır qəza - ölən var

HADİSƏ

16 Aprel 2024 | 08:58

Xaçmazda ağır qəza - ölən var

Xaçmaz şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Xaçmaz şəhərində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

    "Məlumatla əlaqədar FHN-in Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Ford” markalı yük avtomobili idarəetməni itirərək qaz borusuna çırpılıb, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb. Həyata keçirilən tədbirlər nəticəsində vətəndaşın meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib", - deyə qeyd olunub.


    SON XƏBƏRLƏR