Xəzər dənizində zəlzələ baş verib.
Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Məlumata görə, bu gün yerli vaxtla saat 05:09-da qeydə alınan zəlzələnin ocağı 56 kilometr dərinlikdə yerləşib.
Zəlzələnin maqnitudası 3,4-ə bərabər olub.
















