• Bakı 10° C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Bu ərazidə torpaq uçqununun nəticələri aradan qaldırılacaq

CƏMİYYƏT

11 Iyul 2023 | 17:51

Bu ərazidə torpaq uçqununun nəticələri aradan qaldırılacaq

“Daşkəsən Dəmir Filiz” Məhdud Məsuliyyətli Cəmiyyətinin keçirdiyi tender müsabiqəsinin qalibi “C.Q.A İNTERNATİONAL LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialı olub.  

Bakıvaxtı.az xəbər verir ki, “Daşkəsən Dəmir Filiz” Cənub-Şərq mədəninin boş süxur anbarı sərhədində baş vermiş torpaq uçqununun nəticələrinin aradan qaldırılması üzrə detallı layihələndirmə işləri, Nəm tullantı anbarının və Zağalı su anbarının bəndlərinin geotexniki qiymətləndirilməsi və dayanıqlığının ölçülməsi üzrə müayinə və drenaj sistemlərinin yoxlanılması işləri, Geofiziki çöl işlərinin satınalınmasına görə, “C.Q.A İNTERNATİONAL LTD”yə 147 min 500 manat ödəyəcək.

Tenderin şərtlərinə görə, su ötürücü qurğunun işçi layihəsinin hazırlanması, ərazi üzrə gələcəkdəki mümkün olacaq uçqunlara qarşı monitorinq planı, yeni kənd yolunun işçi layihəsinin hazırlanması, ərazidəki elektrik, rabitə və qaz xəttlərinin yerinin dəyişdirilməsi üçün işçi layihələrinin hazırlanması nəzərdə tutulub.

Qeyd edək ki, “C.Q.A İNTERNATİONAL LTD” 2002-ci ildə dövlət qeydiyyatına alınıb, qanuni təmsilçi Peter Stevensdir.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026